son dəqiqə SON DƏQİQƏ
Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" Zirə səfərindən xalsız qayıdır Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib? Kanadalı futbolçu "Xankəndi"də Bölgə klubunda yeni sözləşmə Nəzirinin köməkçiləri müəyyənləşib "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub Yığmamızın futbolçularının yeni klubları müəyyənləşib Dieqo Rosa "Qarabağ"da

"İlk məqsədiniz rəqibin qapısına qol vurmaqdır" - Qurban Qurbanov

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 18-08-2025, 22:11

"Qarabağ" UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah Macarıstanda "Ferentsvaroş"un qonağı olacaq.

Sport1.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Yenidən bu şəhərdə olmaq çox xoşdur. Hər iki komandaya uğurlar arzulayıram. Bizi çox istəkli rəqibə qarşı oyun gözləyir. Həm baş məşqçilərinin, həm futbolçuların açıqlamalarından hiss olunur ki, Çempionlar Liqasının Liqa mərhələsində oynamağı çox istəyirlər. Amma biz də bunu istəyirik. Sabah düzgün oynamağa çalışmalıyıq. Biz də istəkli olmalıyıq. İnanmıram ki, azarkeşlər oyundan razı qalacaq. Yaxşı nəticə əldə etmək istəyirik.

- 3 il əvvəl "Ferentsvaroş"la qarşılaşmısız. Həmin komanda ilə indikini müqayisə edə bilərsiz?

- Futbol elə oyundur ki, daim dəyişir. 2022-ci illə müqayisədə "Ferentsvaroş"da çox şey dəyişib. Baş məşqçi, futbolçular. Bizdə də xeyli dəyişikliklər olub. Sabahkı matç hər ikimiz üçün maraqlı olacaq. Cavab oyununda bir-birimizi daha yaxşı tanıyacağıq. Sabah sona kimi mübarizə aparmağı bacarmalıyıq.

- Sizcə 3 il vvəlki "Ferentsvaroş" güclü idi, yoxsa indiki?

- "Ferentsvaroş" həddindən artıq sürətli oynayır, hücuma çox sürətli çıxırlar. Bu komanda bizim əvvəl oynadığımız "Ferentsvaroş"dan tam fərqli sistemdə oynayır. Daha dinamik bir kollektiv var. Baş məşqçi futbolçulardan sürətli oyun tələb edir. Biz daha çox topa sahib olmağa çalışırıq. Bizim üçün heç də asan olmayacaq. Amma bu cür rəqiblərə qarşı oynamışıq.

- 17 ildir "Qarabağ"dasız. Bu illər ərzində futbolçular dəyişib, amma komandanın nəticələri həmişə yaxşı olub. Bunun səbəbi nədir?

- Sadəcə olaraq meni dəyişmirlər. Ona görə 17 ildir buradayam.

- Robbi Kin bildirdi ki, sabahkı oyunda əsas məqsədimiz qol buraxmamaqdır. Bəs sizin məqsədiniz nədir?

- Bəli, onun fikirlərini oxudum. Deyib ki, çox yaxşı hücum xəttimiz var. İstənilən an rəqib qapısına qol vura bilərlər. Bunu arxayın olaraq deyib. Belə oyunlarda qalib gəlmək istəyirsənsə, öncə qapını toxunulmaz saxlamağı bacarmalısan. Bu, çox vacibdir. Bununla yanaşı nəticə vermək üçün yaradıcı olmalıyıq. İlk məqsədiniz rəqibin qapısına qol vurmaqdır. Əlbəttə ki, qol buraxmasaq, yaxşı olar. Həm burada, həm də Bakıda maksimum hücumda olmağa çalışacağıq.

- Kadi Borges sizə "Ferentsvaroş" haqda məlumat verib?

- Xeyr, mən belə halları xoşlamıram. Bir az qeyri-etikdir. Mən və köməkçilərim rəqib haqda məlumat toplamışıq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR