
“Everton”da icarə əsasında çıxış edən, müqavilə ilə "Mançester Siti"yə məxsus oıan Cek Qriliş gələcəyinə aydınlıq gətirib.
Sport1.az xəbər verir ki, 30 yaşlı futbolçu “Everton”da keçirdiyi vaxtdan zövq alır və baş məşqçi Devid Moyesin rəhbərliyi altında oynamağa davam etmək istəyir.
Mersisaydlılar vingeri transfer etmək istəsə, bu, onlara 57 milyon avroya başa gələcək. Londonluların hazırkı büdcəsi isə 34 milyon avrodan artıq ödəməyə imkan vermir. Ona görə də, onlar transfer qiymətinin endirilməsinə ümid edirlər.