son dəqiqə SON DƏQİQƏ
Millətlər Liqası: İspaniya İngiltərə səfərindən 3 xalla qayıdır ● Litvanın baş məşqçisi: “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● Premyer Liqa klublarının yay transferləri ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ● "Məqsədimiz rekordu yeniləməkdir" ● Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ●

Roi Kehat özünü xoşbəxt hiss edir – AÇIQLAMA

Bölmə adı Premyer Liqa
Yayımlandı 10-12-2025, 14:09

Misli Premyer Liqasının 14-cü turunda "Sumqayıt" "İmişli"ni məğlub etdi - 1:0.

Qarşılaşmadan sonra "kimyaçılar"ın üzvü Roi Kehat Sport1.az-a açıqlamasında qələbəni belə şərh etdi:

"Üç xalı qazandığımız üçün çox şadam. Daha erkən qol vurmalı idik. Oyun çətin keçdi. Qarşı tərəf çox intizamlı komanda idi. Amma bu oyunda qələbə qazanmaq vacib idi. Növbəti matça ciddi hazırlaşmalıyıq. Bu qələbə avrokuboklar zonasına yüksəlməyimiz üçün çox önəmli idi. Növbəti oyunlardakı rəqiblərimizi bilirik. Qarşıda bizi 2 çətin oyun gözləyir. Bu görüşdə qalib gəlməli olduğumuzu bilirdik. Qələbə qazanmaq əsas məqsədimiz idi. Buna nail olduğumuz üçün xoşbəxtəm".

İsrailli oyunçu "Neftçi" ilə qarşılaşacaqları görüş barədə də fikirlərini bildirdi:

"Növbəti rəqibimiz güclü və təcrübəli komandadır. Onlar ev oyunlarında həmişə yaxşı çıxış edirlər. Bu qarşılaşma bizim üçün asan olmayacaq. Öz oyunumuza fokuslanmışıq və qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Hazırlıqlarımız yaxşı gedir və komandada əhval-ruhiyyə yüksəkdir. Hər iki kollektiv üçün vacib oyun olacaq. Bu görüşə maksimum gücümüzlə hazırlaşacağıq".

MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR