
PSJ 2025/26 mövsümü üçün “Jordan Brand” tərəfindən hazırlanmış dördüncü oyun formasını təqdim edib.
Sport1.az xəbər verir ki, yeni dəst əsasən qara rəngdədir, antrasit-boz detallarla və çəhrayı çalarlarla tamamlanıb. Formanın üzərindəki mərkəzi qırmızı zolaq klubun klassik dizaynına müasir üslubda göndərmə kimi dəyərləndirilir.
Paris təmsilçisi bu dəfə ilk dəfə tətbiq olunan Cross-Dye texnologiyasından istifadə edib. Bu üsul formanı incə kontrastlar və xüsusi tekstura effekti ilə fərqləndirir. Yeni dəst ötən mövsümdə böyük rəğbət qazanmış mavi qanadlı formanı əvəz edəcək.
Qeyd edək ki, PSJ Fransa Liqa 1-də 13 turdan sonra 30 xalla turnir cədvəlinə başçılıq edir.
