son dəqiqə SON DƏQİQƏ
"Gəncə" hücumçu transfer edib "Neftçi" və "Şamaxı" 700 manat cərimələndi Səbuhi üçün ağır cəza, "Sumqayıt" cərimə ödəməli olacaq - "Sabah"ın üzvü adını Azərbaycan futbolu tarixinə yazdırdı Millimizin üzvlərinin komandaları üçün pley-off sınağı - UEFA Avropa Liqası: Pley-offun oyunlarına start verilir - Simiç: "Əsas mərhələyə adlasaq..." AFFA-da daha iki departament rəhbəri vəzifəsindən uzaqlaşdırıldı Rəhman azarkeşlərə səsləndi Yeni transfer bu gün "Qarabağ"a kömək edə bilməyəcək - Pokatilov yığmaya çağırılıb - Dambrauskas: "Orhus"a da bu hesabla uduzmuşduq, lakin..." "Səbail"in matçında dava düşüb Günün oyunları: UEFA Konfrans Liqası: "Qarabağ" pley-off matçına çıxır - "Sabah" pley-offun ilk oyununda "Hapoel"ə belə uduzdu - Premyer Liqa klublarının yay transferləri Çempionlar Liqası: Pley-offun ilk oyunları yekunlaşıb - UEFA Çempionlar Liqası: “Sabah” "Hapoel"lə bacarmadı - İtaliya millisinin üzvü “Aston Villa”da “Braqa”da çıxış edəcək “Qarabağ” - “Tvente” oyununun biletləri satışda Məşqçi kursları start götürüb “Hapoel” - “Sabah”: Qubada III “Ulduz Cup” beynəlxalq futbol turniri keçiriləcək Səudiyyə Ərəbistanınında çıxış edəcək Güləşçimiz ardıcıl ikinci dəfə dünya çempionu oldu “Səbail” Türkiyə klubu ilə heç-heçə edib

Jotanın ailəsi "Anfield"də keçiriləcək anım mərasimində iştirak edəcək

Bölmə adı İngiltərə
Yayımlandı 15-08-2025, 20:52

Dioqu Jotanın ailəsinin bu gün “Anfield” stadionunda "Liverpul"un yeni mövsüm Premyer Liqada “Bornmut”a qarşı ilk matçına təşrif buyuracağı gözlənilir.

Sport1.az xəbər verir ki, İngiltərə çempionu keçmiş hücumçusu olan Jotaya ehtiramını bildirməyi planlaşdırır.

28 yaşlı futbolçu ötən ay İspaniyanın şimalında qardaşı, 25 yaşlı Andre Silva ilə birlikdə avtomobil qəzasında həlak olub.

Premyer Liqanın bu həftəsonu keçiriləcək bütün oyunlarında bir dəqiqəlik sükut elan olunacaq, futbolçular qara sarğı taxacaq və stadion ekranlarında xatirə mesajları və şəkilləri göstəriləcək.

"Liverpul" klubundan bildiriblər ki, "Anfild"də azarkeşlər tərəfindən təşkil olunmuş xüsusi anım tədbiri də olacaq. Sükut zamanı Kop tribunasında və "Sir Kenny Dalglish" tribunasında xüsusi mozaika nümayiş etdiriləcək.

Oyun üçün nəşr olunan proqramda "Liverpul"un baş məşqçisi Arne Slot belə yazıb: "Bilirik ki, bu bizim üçün emosional bir gün olacaq, çünki bu, Dioqu və Andrenin itkisinə görə oynadığımız ilk liqa oyunudur.

Daha əvvəl də qeyd etdiyim kimi, futbol dünyası, xüsusilə də "Liverpul" ictimaiyyəti tərəfindən göstərilən ehtiram olduqca təsiredici idi. Bilirəm ki, bu axşam onların xatirəsi üçün bir daha bir araya gələcəyik.

Düşünürəm ki, Dioqunun həyat yoldaşı, uşaqları və ailəsi stadionda olacaq. Klub olaraq onlara sevgimizi və dəstəyimizi daim göstərəcəyimiz çox vacibdir. Bu çətin dönəmdə onların yanında olacağıq".

"Liverpul" futbolçuları bu oyun üçün öz formalarında və stadion geyimlərində "Forever 20" ("Əbədi 20") yazılı xüsusi nişanla meydana çıxacaqlar. Bu nişan mövsüm boyu istifadə olunacaq.

Jota ötən mövsüm “Liverpul”un rekord 20-ci liqa çempionluğunu qazandığı zaman 20 nömrəli forma ilə çıxış edib. Klub Portuqaliya millisinin sabiq oyunçusunun həyat yoldaşı Rute Kardozo və ailə üzvləri ilə məsləhətləşdikdən sonra bu nömrəni rəsmən istifadədən çıxardığını elan edib.

Jotanın Premyer Liqadakı digər sabiq klubu “Vulverhempton” da şənbə günü “Mançester Siti” ilə keçirəcəyi mövsümün ilk ev oyununda futbolçuya həsr olunmuş xüsusi anım tədbiri planlaşdırır.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR