son dəqiqə SON DƏQİQƏ
Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir Tacikisin millisinin kapitanı: “Sabah yaxşı oyun göstərməyə hazırıq” "Kəpəz"in oyunçusu Əli Səmədovun zədəsi ilə bağlı "Azərbaycanda klub səviyyəsindəki nəticələr milli səviyyəsində yoxdur"

"Neftçi"nin formasını geyinən futbolçular harada çıxış etdiklərini anlamalıdırlar" - AÇIQLAMA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 21-04-2025, 09:50

"Neftçi" bu mövsüm gözlənilən ümidləri doğrultmur.

Komanda 31 turdan sonra turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Bakı klubunun hazırlı vəziyyəti qənaətbəxş deyil.

Flaqmanın bu durumda olmasının səbəbi nədir? "Neftçi" "qara zolaq"dan nə vaxt çıxacaq? Suallarımızı Bakı təmsilçisinin yetirməsi, veteran futbolçu və hakim Rüstəm Rəhimova ünvanladıq. Mütəxəssis məsələ ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

"Neftçi" Azərbaycanın futbolunda tarix yazan komandadır. Bu klub sayəsində futbolun sirlərini öyrənmiş və peşəkar futbolçu karyerasına qədəm qoymuşam. "Neftçi" mənim üçün doğma evim kimidir. İstər sovetlər dövründə, istərsə də ittifaqdan sonrakı dönəmlərimizdə "ağ-qaralar" daim zirvələrdə görməyə öyrəşmişik. Bakı klubu 1-2-ci yerlər uğrunda döyüşüb. Harada "Neftçi" olubsa, orada nəaliyyətlərə şahidlik etmişik. Amma hazırda tarixlər yazmış komanda heç ilk "4-lüy"ə belə düşə bilmir. Bu mənzərə çoxları kimi mənim də ürəyimi ağrıdır. Bu gün komandanın uğursuzluğunda çoxları baş məşqçini günahlandırsa da, mən belə düşünmürəm. Əlbəttə ki, komandanın nəticələrinə onun sükanı arxasında kim durursa, o da cavabdehdir. Samir Abasov bacarıqlı gənc, mütəxəssislərimizdəndir. O, nəticə verən məşqçidir. Amma onun əlinin altında keyfiyyətli oyunçular azdır. "Neftçi"nin formasını geyinən futbolçular harada çıxış etdiklərini anlamalıdırlar. Komandada meydanda döyüşəcək və oyunun axarını dəyişəcək oyunçular yox dərəcəsindədir. Bu kluba son dərəcə hazırlıqlı, keyfiyyətli futbolçular cəlb olunmalıdır. "Ağ-qaralar"ın güclü və dayanıqlı əvəzedici komandası olmalıdır. İstər aşağı yaş qruplarında, istərsə də "Neftçi-2"də peşəkar, səriştəli və gənc istedadları üzə çıxarmağı bacaran məşqçilər yer almalıdır. Onlar hər il ən azı 4-5 gənc oyunçunu əsas komandaya qazandırmalıdırlar. Hazırkı reallıq "Neftçi" üçün xoş deyil. Komandanın çempionat yolu ilə heç bir iddiası qalmayıb. Ola bilər ki, kubokda uğur qazan bildi. Bunu edə bilsələr, gələn mövsümə daha hazırlıqlı, döyüşkən komanda görə bilərik".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR