Misli Premyer Liqasının X turunda "Neftçi" "Kəpəz"i qəbul edəcək.
Sport1.az xəbər verir ki, Bakı təmsilçisi görüşə xüsusi forma ilə çıxacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sosial şəbəkə hesablarında edilən paylaşımda bunlar qeyd edilib:
"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) elan etdiyi “Uşaq Hüquqları Aylığı” çərçivəsində cəmiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə “Neftçi” PFK olaraq “Kəpəz”lə matça uşaqlar tərəfindən nömrələri rənglənmiş xüsusi formalarla çıxacağıq."
"Oyunda geyinilən xüsusi formalar futbolçular tərəfindən imzalanacaq və MatchWornShirt platforması vasitəsilə hərraca çıxarılacaq. Əldə olunan gəlir “Ümid Yeri” Uşaq Sığınacağına ianə ediləcəkdir".