son dəqiqə SON DƏQİQƏ
“Kəpəz”in sabiq futbolçusu I Liqa klubunda Filipe Kandido: “Yarışa sonuncu yerdən başlamışıq” Qurban Qurbanov: “Bunun üçün zaman lazımdır” 30 il bundan öncə qazanılan tarixi qələbənin qəhramanı ilə Dambrauskas: “Qələbəyə layiq idik” MPL: "Sabah" və “Qarabağ”dan minimalhesablı qələbə “Neftçi”də 3 illik müqavilə Yeni transferini açıqladı “Gəncəbasar”dan yeni transfer “Turan Tovuz”da ara qarışdı: Ehtiram Quliyev həm məşqçini, həm idarəçiləri danladı Messi millidəki karyerasını başa vurdu “Sumqayıt” - “Qarabağ”: I Liqada klubunu dəyişdi Millimiz Polşada birinci olub "Gəncəbasar"dan növbəti transfer "Qarabağ"dan I Liqa klubuna Kadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək "Hər şey onların qərarından asılıdır" Premyer Liqada 100-dan çox oyuna çıxan futbolçu "Gəncəbasar"da "Zenit"in futbolçusu "Sabah"da oynayacaq "Neftçi" daha bir futbolçunun transferi üçün "Xankəndi"də yeni müqavilə Gəncənin icra başçısı "Kəpəz"in matçını stadiondan izləyib Azərbaycan millisinin baş məşqçisi niyə Gürcüstana yollanıb? Avropa Çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların "Şəfa"nin sabiq futbolçusu "Şəmkir"də forma geyinəcək "Gəncəbasar"dan hücumçu transferi Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı

"Omoniya"nın fərqli oyun dəst-xətti var - Elmar Baxşıyev

Bölmə adı Konfrans Liqası
Yayımlandı 6-08-2025, 20:00

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsində "Omoniya"ya qarşı keçiriləcək matç haqda danışıb.

Sport1.az xəbər verir ki, o, oyundan öncə keçirilən mətbuat konfransında deyib:

"Komanda olaraq sabahkı oyuna hazırlığımız qaydasında gedir. Ən yaxşısını etməyə çalışırıq. Tanıdığımız rəqibdir. Amma "Qəbələ" ilə oynadığımız komanda deyil. Fərqli oyun dəst-xətti var. Komanda olaraq rəqibi incələmişik. Düşünürəm ki, lazım olan məlumatları komandaya vermişik".

Mütəxəssis bildirib ki, öz komadasına fokuslanıb: "Rəqib baş məşqçi nə deyir, özü bilər. Ona cavab vermək fikrində deyiləm. Mən öz komandamın meydançada nə etmək istədiyi haqda danışa bilərəm. Oyuna hazırıq. Qarşımızdakı rəqib özünə hörmət edən rəqibdir. Komanda olaraq, inanırıq ki, uğurlu nəticə qazanmaq mümkündür".

E.Baxşıyev sabahkı görüşdə müdafiədə dəyişikliklərin olub-olmayacağı ilə bağlı suala belə cavab verib: "Bizim anlayışımızda ilk 11-lik və ehtiyat qüvvə yoxdur. Sərəncamımda olanların hamısı oyuna hazırlaşırlar. Onlar meydançada hər şeylərini verməyə hazırdırlar. Kimin üzərində dayanacağıqsa, komandaya hər şeyini verməyə çalışacaq".

O, "Sistem dəyişikliyi edəcəksiniz?" sualına belə cavab verib: "Sistem dəyişikliyi təklif edirsinizsə, bu fikirdə deyilik (gülür). Rəqibə görə sistemi dəyişmirik. Komanda olaraq öz düşüncələrimiz var ki, onu icra etməyə çalışacağıq".

Mütəxəssis Konfrans Liqasının Liqa mərhələsinə düşmə ehtimalı haqda belə deyib: "İndi elə mərhələdəyik ki, daha çox Liqa mərhələsini yox, sabahı düşünməliyik. Gəlin, pillə-pillə gedək. Qismətdə varsa, gedib ora çıxacağıq".

E.Baxşıyev azarkeşləri "Araz-Naxçıvan"a dəstək verməyə cağırıb: "Stadiona gələnlər 12-ci oyunçuya çevrilir. Bizə də səfəröncəsi sual verirdilər ki, Yunanıstanda dolu tribunalar qarşısında komanda necə oynayacaq? Futbolçularım da azarkeş ordusunu hiss etmək istəyirdilər. Azarkeşlərə səslənirəm, sabah bizi tək buraxmasınlar, bizə inansınlar. Komanda olaraq onları sevindirməyə çalışacağıq".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR