son dəqiqə SON DƏQİQƏ

“Qəbələ”yə çempionluq mükafatı təqdim olundu

Bölmə adı I Liqa
Yayımlandı 15-05-2025, 19:12

Futbol üzrə I Liqanın çempionu "Qəbələ"yə mükafatlar təqdim edilib.

Sport1.az xəbər verir ki, mükafatlandırma mərasimi "Zaqatala" ilə oyundan (4:0) sonra Qəbələ şəhər stadionunda təşkil olunub.

Komandanın futbolçularına medallar təqdim edilib və kapitan Asif Məmmədova kubok verilib. Mükafatları Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.

Qeyd edək ki, "Qəbələ" "Zaqatala"ya 4:0 hesabı ilə qalib gəlib. Komanda mövsümün başa çatmasına 1 tur qalmış 64 xalla turnir cədvəlinə başçılıq edir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR