son dəqiqə SON DƏQİQƏ
AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ● UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ● Dünya Çempionatı: Cüdoçularımız bu gün fəxri kürsüdə yer ala bilmədilər ● Gültac Məmmədəliyeva da uduzdu ● İrina Zaretskadan qızıl medal ● Gültac Məmmədəliyeva 1/4 finalda ● Ruslan Paşayev DÇ ilə vidalaşdı ● Umudlu üçün beynəlxalq təyinat ● Daha bir cüdoçumuz 1/8 finalda ● Belçika səfərdə Fransa ilə üz-üzə, Türkiyə İtaliya ilə qarşılaşacaq ● Dünya Çempionatı: Nizami İmranov 1/16 finalda mübarizəni dayandırdı ● Dünya Çempionatı: Ruslan Paşayev 1/8 final mərhələsinə yüksəlib ● Günün oyunları: ● Boksçularımız növbəti mərhələdə ● Rusiya klubundan "Gəncə"yə ● "Dinamo" "Ağdaş"ı məğlub etdi ●

Mane: “Hamı elə bilirdi ki, aramızda problem var, amma bu, həqiqət deyildi”

Bölmə adı İngiltərə
Yayımlandı 21-11-2025, 23:11


Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda çıxış edən Sadio Mane “Liverpul”dakı keçmiş komanda yoldaşı Məhəmməd Salahla münasibətlərindən danışıb.

Sport1.az xəbər verir ki, seneqallı hücumçu Goal.com-a açıqlamasında illərdir gündəmdə olan gərginlik iddialarına aydınlıq gətirib:

“Hamı elə bilirdi ki, aramızda düşmənçilik var. Əslində isə belə deyildi. Mən sakit və komandanın hamısına qarşı dostyana münasibəti olan biriyəm. Salah da yaxşı insandır. Sadəcə, meydanda olur ki, bəzən pas verir, bəzən də yox. Yalnız Firmino həmişə topu bölüşürdü”.

Mane xüsusilə 2019-cu ildə “Bernli” ilə oyunu xatırladığını deyib:

“Həmin matçda onu bağışlamamışdım, çünki bir neçə epizodda mənə pas vermədi. Matçdan sonra çox əsəbi idim. Ertəsi gün mənimlə danışmaq istədi, amma tərəddüd edirdi. Düşünürdü ki, hələ də ona əsəbiyəm”.

Söhbətin necə keçdiyini də belə danışıb:

“Salah soruşdu: “Danışa bilərik?” Mən də dedim: “Əlbəttə”. O bildirdi ki, səni görməmişdim, sadəcə zərbə vurmaq istədim. Səninlə heç bir problemim yoxdur. Fürsət olsa, pas verəcəyəm”. Mən də cavab verdim ki, artıq keçib. Sadəcə, onun oyun keyfiyyəti ilə daha çox pas verə biləcəyini düşünürdüm”.

Mane münasibətlərinin həmin gündən düzəldiyini deyib:

“O gündən sonra daha da yaxınlaşdıq. Mən bunu heç vaxt şəxsi qəbul etməmişəm. Salah sadəcə çox qol vurmaq istəyir. Mən də ona dedim ki, problem yoxdur, bu yolda ona kömək edə bilərəm”.


Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR