son dəqiqə SON DƏQİQƏ
Gültac Məmmədəliyeva 1/4 finalda ● Ruslan Paşayev DÇ ilə vidalaşdı ● Umudlu üçün beynəlxalq təyinat ● Daha bir cüdoçumuz 1/8 finalda ● Belçika səfərdə Fransa ilə üz-üzə, Türkiyə İtaliya ilə qarşılaşacaq ● Dünya Çempionatı: Nizami İmranov 1/16 finalda mübarizəni dayandırdı ● Dünya Çempionatı: Ruslan Paşayev 1/8 final mərhələsinə yüksəlib ● Günün oyunları: ● Boksçularımız növbəti mərhələdə ● Rusiya klubundan "Gəncə"yə ● "Dinamo" "Ağdaş"ı məğlub etdi ● "Hypers" - "Marafon" matçında bərabərlik qeydə alındı ● Cüdo üzrə Dünya Çempionatı: Bu gün yarışın 2-ci gününə start verilir ● Premyer Liqa klublarının yay transferləri ● Almaniya Yunanıstanla bacarmadı, Portuqaliya Norveçə qalib gəldi ● “Şirvan” - “Difai” matçında 6 qol ● Taekvondoçularımızdan Tiranada 4 medal ● Rui Jorje: “Gündən-günə daha yaxşı olmağa çalışacağıq” ● Yığmamız Albaniyaya böyük hesabla uduzdu ● Ayxan Abbasov: “Bu, xarakter oyunu idi” ● II Liqa: VI tura yekun vurulub ● Cüdoçumuz dünya çempionu oldu ● Litvanın baş məşqçisi: “Oyun bizim üçün məyusedici bitdi” ● Yığmamız Millətlər Liqasında ilk qələbəsini qazandı ● Astarada şəhid Arif Qeybiyevin xatirəsinə yarış keçirilib ● Azərbaycan gimnastları Dünya Kubokunda medal qazanıb ● Bakıda keçirilən Dünya Kuboku rekordlarla yadda qaldı ● Azərbaycan - Litva: ●

Boksçularımız növbəti mərhələdə

Bölmə adı Digər
Yayımlandı Bu gün, 10:54

Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa Çempionatı davam edir.

Sport1.az xəbər verir ki, yarışın ikinci günü Azərbaycan millisinin daha 3 idmançısı mərhələ adlayıb.

Alsu Yafarova (54 kq) 1/8 finalda Hanna Belyankova (Belarus) ilə döyüşüb.

Boksçumuz ilk raundda rəqibinə tam üstünlüklə qalib gəlib.

O, oktyabrın 7-də növbəti qarşılaşmasında Oleksandra Çerevata (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.

Cəmilə Muradlı (57 kq) da adını 1/4 finala yazdırıb.

Təmsilçimiz startda Sara Persanı (Rumıniya) məğlub edib - 5:0 (30:24, 30:24, 30:25, 30:26, 30:27).

Muradlı oktyabrın 8-də ikinci görüşündə Rozali Uhrova (Çexiya) ilə qüvvəsini sınayacaq.

Şükar Əliyev (80 kq) isə 1/16 finalda İqor Tomiçekə (Polşa) gücünü göstərib.

4:1 (30:27, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə qələbə qazanan milli üzvü mərhələ adlayıb.

O, oktyabrın 5-də 1/8 finalda ilk mərhələdən azad olan Lazare Dokvadze (Gürcüstan) ilə döyüşəcək.

40 ölkədən 473 boksçunun qatıldığı çempionat oktyabrın 11-də yekunlaşacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR