İnfantino: “DÇ-2026 tarixdə görünməmiş mundial olacaq”

Bölmə adı Dünya Çempionatı
Yayımlandı 20-11-2025, 18:30

FİFA prezidenti Canni İnfantino DÇ-2026 haqqında iddialı açıqlama verib.

Sport1.az xəbər verir ki, qurum rəhbəri Sürixdə keçirilən pley-off püşkatmasından əvvəl turnirin futbol tarixində misilsiz olacağını deyib:

“Qarşıdakı mundial indiyə qədər təşkil olunanların ən yaxşısı olacaq. Bir ay ərzində sanki 104 “Super Bowl” yaşanacaq... Stadionlarda 7 milyon tamaşaçı olacaq, televizya qarşısında isə bizi 6 milyard insan izləyəcək”.

Qeyd edək ki, DÇ-2026 11 iyun–19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR