son dəqiqə SON DƏQİQƏ

DÇ-2026: Qitələrarası pley-off cütləri bəlli oldu

Bölmə adı Dünya Çempionatı
Yayımlandı 20-11-2025, 17:28


DÇ-2026-nın qitələrarası pley-off mərhələsinin püşkü atılıb.

Sport1.az xəbər verir ki, mundiala son iki vəsiqə iki fərqli yol üzrə sahibini tapacaq:

Birinci yol
• Yarımfinal: Yeni Kaledoniya – Yamayka
• Final: Yarımfinalın qalibi – Konqo Demokratik Respublikası

İkinci yol
• Yarımfinal: Boliviya – Surinam
• Final: Yarımfinalın qalibi – İraq

Bütün oyunlar 2026-cı ilin mart ayında Meksikada — turnirin şəhərləri olan Qvadalaxara və Monterrey stadionlarında keçiriləcək.

Xatırladaq ki, DÇ-2026 11 iyun–19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada təşkil olunacaq və mundialda 48 komanda mübarizə aparacaq.


Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR