son dəqiqə SON DƏQİQƏ

DÇ-2026 pley-off püşkü atıldı – Türkiyənin rəqibləri bəlli oldu

Bölmə adı Dünya Çempionatı
Yayımlandı 20-11-2025, 16:52

İsveçrənin Sürix şəhərində DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.

Sport1.az xəbər verir ki, bununla Vinçenzo Montellanın rəhbərlik etdiyi Türkiyə millisinin turnirdə irəliləmə marşrutu da bəlli olub.

“Ay-ulduzlular” yarımfinalda Rumıniyanı qəbul edəcək. Bu qarşılaşmanın qalibi finalda Slovakiya – Kosovo duelindən çıxan komanda ilə səfərdə üz-üzə gələcək.

Pley-off cütləri aşağıdakı kimidir:

A yolu

• İtaliya – Şimali İrlandiya

• Uels – Bosniya və Herseqovina

B yolu

• Ukrayna – İsveç

• Polşa – Albaniya

C yolu (Türkiyənin qrupu)

• Türkiyə – Rumıniya

• Slovakiya – Kosovo

D yolu

• Danimarka – Şimali Makedoniya

• Çexiya – İrlandiya

Yarımfinal matçları 26 mart 2026, final görüşləri isə 31 mart 2026 tarixində keçiriləcək.

Qeyd edək ki, 48 komandanın iştirak edəcəyi DÇ-2026 ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Açılış oyunu 11 iyunda Mexikoda, final isə 19 iyulda Nyu-Yorkda baş tutacaq.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR