
"Beşiktaş" "Vest Hem"in hücumçusu Niklas Füllkruq ilə yaxından maraqlanır.
Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi qışda London klubundan ayrılması gözlənilən almaniyalı forvard üçün təklif göndərməyə hazırlaşır.
31 yaşlı hücumçu da bu keçidə isti baxır.
Qeyd edək ki, Füllkruq karyerası boyunca "Verder", "Hannover", "Nürnberq", və "Borussiya" kimi klublarda forma geyinib.