
“Fənərbaxça” qışda hücum xəttini gücləndirmək niyyətindədir.
Sport1.az xəbər verir ki, "sarı-lacivərtlilər" “Vulverhempton”da çıxış edən Tolu Arokodareni transfer etmək istəyir.
İddialara görə, İstanbul klubu Nigeriya millisinin üzvünü satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, “Vulverhempton” Tolu Arokodareyi bu ilin yanvar ayında “Genk”dən 22,6 milyon avroya transfer edib.