
"Real Madrid"in hücumçusu Qonzalo Qarsiya bir neçə İngiltərə Premyer Liqası klubunun transfer hədəfindədir.
Sport1.az xəbər verir ki, ispaniyalı hücumçu ilə “Sanderlend”, “Aston Villa” və “Vulverhempton” klubları yaxından maraqlanır.
Yaxın günlərdə hər üç komandanın forvardın transferi ilə bağlı “kral klubu”na rəsmi müraciət etməsi gözlənilir.
Qeyd edək ki, 21 yaşlı hücumçu Qarsiyanın “Real”la müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.