
"Liverpul" "Kristal Pelas"ın müdafiəçisi Mark Quehinin transferindən geri çəkilmək niyyətində deyil.
Sport1.az xəbər verir ki, Mersisayd təmsilçisi yayda onu azad agent kimi heyətinə qatmağa çalışacaq.
25 yaşlı müdafiəçi ilə "Bavariya", "Çelsi" və bir neçə Avropa nəhəngi maraqlanır.
Qeyd edək ki, Quehinin "Pelas" ilə müqaviləsi mövsümün sonunda başa çatır.