
Stiven Cerrard yenidən İngiltərədə çalışmağa hazırlaşır.
Sport1.az xəbər verir ki, 45 yaşlı mütəxəssisin xidmətində “Midlsbro” klubu maraqlıdır. Hazırda komandanın baş məşqçisi Rob Edvards “Vulverhempton”la danışıqlar aparır və Premyer Liqaya keçidi reallaşarsa, Cerrard bu posta əsas namizəd sayılır.
Qeyd edək ki, Stiven Cerrardın son iş yeri Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubu olub. O, bu komandadan 2025-ci ilin yanvarında ayrılıb və o vaxtdan bəri işsizdir.