Runidən Van Daykın sayınmayan qoluna şərh

Bölmə adı İngiltərə
Yayımlandı 11-11-2025, 10:58

Sabiq "Mançester Yunayted"li Ueyn Runi Van Daykın "Mançester Siti"yə vurduğu sayılmayan qol haqqında danışdı.


Sport1.az xəbər verir ki, veteran futbolçu hakimin qərarını ədalətli olmadığını vurğuladı:

"Bu qol qeydə alınmalı idi. Robertson qapıçı tullananda onun baxış bucağını bağlamırdı. Canluici Donnarumma bunu aydın gördü. Düşünürəm ki, hakim səhv qərar verib”.

"Liverpul" hazırda Premyer Liqanın turnir cədvəlində 18 xalla 8-ci yerdədir, “Mançester Siti” isə 22 xalla 2-cidir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR