son dəqiqə SON DƏQİQƏ
"Kəpəz"in yararsız vəziyyətə düşdüyü deyilən avtobusu ilə bağlı "Gəncə" hücumçu transfer edib "Neftçi" və "Şamaxı" 700 manat cərimələndi Səbuhi üçün ağır cəza, "Sumqayıt" cərimə ödəməli olacaq - "Sabah"ın üzvü adını Azərbaycan futbolu tarixinə yazdırdı Millimizin üzvlərinin komandaları üçün pley-off sınağı - UEFA Avropa Liqası: Pley-offun oyunlarına start verilir - Simiç: "Əsas mərhələyə adlasaq..." AFFA-da daha iki departament rəhbəri vəzifəsindən uzaqlaşdırıldı Rəhman azarkeşlərə səsləndi Yeni transfer bu gün "Qarabağ"a kömək edə bilməyəcək - Pokatilov yığmaya çağırılıb - Dambrauskas: "Orhus"a da bu hesabla uduzmuşduq, lakin..." "Səbail"in matçında dava düşüb Günün oyunları: UEFA Konfrans Liqası: "Qarabağ" pley-off matçına çıxır - "Sabah" pley-offun ilk oyununda "Hapoel"ə belə uduzdu - Premyer Liqa klublarının yay transferləri Çempionlar Liqası: Pley-offun ilk oyunları yekunlaşıb - UEFA Çempionlar Liqası: “Sabah” "Hapoel"lə bacarmadı - İtaliya millisinin üzvü “Aston Villa”da “Braqa”da çıxış edəcək “Qarabağ” - “Tvente” oyununun biletləri satışda Məşqçi kursları start götürüb “Hapoel” - “Sabah”: Qubada III “Ulduz Cup” beynəlxalq futbol turniri keçiriləcək Səudiyyə Ərəbistanınında çıxış edəcək Güləşçimiz ardıcıl ikinci dəfə dünya çempionu oldu

“Etihad”da yubiley – Qvardiolanın 1000-ci matçı qələbə ilə tamamlandı

Bölmə adı İngiltərə
Yayımlandı 9-11-2025, 22:57


“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola məşqçilik karyerasında 1000-ci oyununa çıxıb.

Sport1.az xəbər verir ki, bu əlamətdar göstərici Premyer Liqanın XI turunda “Liverpul”la keçirilən oyuna təsadüf edib. “Etihad” stadionunda baş tutan qarşılaşmada “şəhərlilər” rəqibini 3:0 hesabı ilə məğlub ediblər. Komandanın qollarını Erlinq Haaland, Niko Qonsales və Jeremi Doku vurublar.

Qvardiola karyerası ərzində üç nəhəng klubda – “Barselona”, “Bavariya” və “Mançester Siti”də çalışıb. O, katalonlarla üç dəfə La Liqa çempionu olub, iki dəfə ölkə kubokunu və üç dəfə Superkuboku qazanıb. Həmçinin iki dəfə Çempionlar Liqasının, UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi adını əldə edib.

“Bavariya”nın sükanı arxasında olduğu dövrdə də uğurlarını davam etdirən mütəxəssis Münhen təmsilçisi ilə üçqat Almaniya çempionu olub, iki dəfə ölkə kubokunu, eləcə də UEFA Superkubokunu və Klublararası Dünya Çempionatını qazanıb.

“Mançester Siti”də isə Qvardiola altı dəfə Premyer Liqa çempionluğu, iki dəfə ölkə kuboku, dörd dəfə Liqa kuboku və üç dəfə Superkubok əldə edib. Bundan əlavə, “şəhərlilər” onun rəhbərliyi altında Çempionlar Liqasının, UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.


Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR