Kontenin taleyi ilə bağlı açıqlama

Bölmə adı Futbol
Yayımlandı 31-03-2025, 12:49

"Napoli"nin idman direktoru Covanni Manna komandanın baş məşqçisi Antonio Kontenin gələcəyindən danışıb.

Sport1.az xəbər verir ki, İtaliya mətbuatına açıqlama verən funksioner mütəxəssislə yola davam edəcəklərini deyib:

"Kontenin müqaviləsi davam edir və komandanın çıxışı qənaətbəxşdir. Ümid edirəm ki, növbəti mövsüm də Konte ilə hansısa problem olmadan işləməyə davam edəcəyik".

Kontenin klubla sözləşməsi 2027-ci ilin yayına kimidir. Komanda A Seriyasında 29 turdan sonra 61 xalla ikinci sıradadır.

Müəllif: Sport1.az