son dəqiqə SON DƏQİQƏ
AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ● Günün oyunları: ● Türkiyə millisi Belçika səfərində, Gürcüstan Macarıstanla qarşılaşır ● Azərbaycan Basketbol Liqası: NTD "Sumqayıt"la qarşılaşır ●

AFFA işçi tapa bilmir - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 2-11-2025, 10:16

Susqunluqdur.

Uzun müddətdir ki, AFFA-dan səs-soraq yoxdur. Nə strategiyadan, nə də Ayxan Abbasovun müqaviləsinin detallarından xəbər var. Belə getsə, hər iki işin müddəti bitəcək. Amma AFFA bu məsələlərlə bağlı rəsmi nəsə açıqlamayacaq.

Qurum səssiz-səmirsiz yenilənmə siyasəti həyata keçirir. Həm ətraflarına adam toplamağa çalışırlar. Həm də yeni əməkdaşlarla güclənmək istəyirlər. Amma heç kim AFFA-nın təklifini ciddiyə almır, qəbul etmir.

Məsələn, qurum yeni - Kommunikasiya departamenti yaratmaq arzusundadır. Buranı idarə etməyə şəxs axtarırlar. Amma tapa bilmirlər. Bizdə olan məlumata görə, bir müddət öncə Premyer Liqa klublarının birində çalışmış kişi həmkarlarımızdan biri federasiyanın iş təklifini rədd edib.

Qəribə gəldi? Niyə iş təklif edilən şəxsin kişi olduğunu xüsusi vurğuladım? Yox, cinsi ayrı-seçkilik etmirəm. Çünki AFFA rəsmiləri başqa federasiyada çalışan xanım həmkarımıza da bu postu həvalə etmək istəyib. Amma o da bu təklifi mədəni şəkildə rədd edib.

Bu şəxslərin adları bizə məlumdur. İstənilən zaman açıqlaya da bilərik. Lakin işlədikləri yerlərdə problem yaşamasınlar deyə bu addımı atmırıq.

Qayıdaq əsas məsələyə. Əvvəllər AFFA-da çalışmaq bütün jurnalistlərin, federasiya nümayəndələrinin əsas istəklərindən idi. Hətta Gənclər və İdman nazirliyində yüksək vəzifədə olan şəxslər bu qurumda işləməyə can atırdılar. İndi AFFA-nı nə günə qoyublarsa, heç kim bu qurumu ciddiyə almır. Heç kim burada işləmək istəmir. Heç adının bir çəkilməsini belə arzulamırlar. Bu da futbolumuzun başbilənlərinin strategiyasının nəticəsi.

İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR