“Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos Benin millisinin təlim-məşq toplanışına dəvət alıb.Sport1.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi noyabrın 10-da yığmanın Kotonuda təşkil ediləcək hazırlıq prosesinə qoşulacaq.
Benin millisi bir neçə günlük hazırlıqdan sonra Mərakeşin Rabat şəhərinə səfər edəcək və yarımmüdafiəçi noyabrın 18-də Burkina Faso ilə orada keçiriləcək yoldaşlıq oyununda debüt edəcək.
Qeyd edək ki, Felipe bir müddət öncə Benin pasportu almışdı.