son dəqiqə SON DƏQİQƏ
Maradonanın məşhur qolunun topu 3,3 milyon dollara alındı BOS-da Təhlükəsizlik konfransı keçirildi FİDE rəsmisi Afrikada vəfat edib “Nitsa”dan “Hamburq”a Azərbaycan millisi pley-offa yüksəldi I Liqada klubunu dəyişdi Velko Simiç: “Biz böyük komandayıq” Bakıdakı mundialın hakimləri müəyyənləşib Dambrauskas: “Ötən görüşdəki səhvlərdən nəticə çıxarmışıq” “Səbail” toplanışı qalib başa vurdu MPL: III turun oyun cədvəli açıqlanıb “Hapoel”in qapıçısı: “Tamamilə bu oyuna köklənmişik” “Hapoel”in baş məşqçisi: “ Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik” I Liqa klubundan yeni transfer Bakıda SUP üzrə turnir keçirilib Bölgə klubunda yeni baş məşqçi AÇ: Niderlanddan ikinci qələbə Millimizin sabiq üzvü Azərbaycandan getdi, bu klubla müavilə imzaladı Avropa Birinciliyi: Kamran Xappayev Kosovoda bürünc medal qazanıb Dünya Çempionatı: İdmançılarımız yarışı 2 medalla başa vurub Poznan şəhərində ölkəmizi təmsil edəcək idmançının adı açıqlanıb Misli Premyer Liqasında çıxış etmiş oyunçu bu klubla müqavilə imzalayıb Mahmud Qurbanov millidə - Milli üzvü sonradan oyuna daxil oldu, komandası heç-heçə etdi "Sabah"la kritik qarşılaşmada neçə "Hapoel" azarkeşi Bakıya gələcək? "Turan Tovuz" azarkeşləri bu dəfə də diqqət mərkəzində - "Gəncə"də 3 ayrılıq - Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək -

Fernandu Santuş: "Gözləntimiz qələbə qazanmaqdır"

Bölmə adı Milli
Yayımlandı 23-05-2025, 16:21

Azərbaycan milli komandasının iyunun 7-də Latviya, iyunun 10-da isə Macarıstan yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.

Sport1.az xəbər verir ki, AFFA-nın inzibati binasında Fernandu Santuş heyəti açıqladıqdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Yoxlama görüşlərində nəyə ümid edirsiniz?
- Əlbəttə ki, gözləntilərimiz yaxşı məşq edib və hazırlaşaraq qələbə qazanmaqdır.

- ⁠Elə futbolçu oldumu ki, çağırmağa tərəddüd etdiniz?
- ⁠Bəzi oyunçular var ki, istərdim çağırım, amma zədə səbəbindən dəvət edə bilmədim. Amin Seydiyev, Coşqun Diniyev və bundan öncə Ramil Şeydayevlə Ozan Can Kökcü də dəvət olunmuşdular. Amma son oyunlarda şans qazanmadıqları üçün dəvət edə bilmədik. Oynamayan oyunçunu milliyə dəvət edə bilmərik. Gələcəkdə komandalarında şans qazansalar millinin qapıları onlar üçün açıqdır.

- Mətbuatda yayılan məlumatlara görə, qarşıdakı iki oyunda uduzsanız, istefaya göndəriləcəksiniz...
- Bu, mənim problemim deyil. Gəzən söz-söhbətlərdir. AFFA rəhbərliyi daha yaxşı bilir.

- ⁠Cənab Santuş sizdən gözləntilər çoxdur. Siz nə düşünürsünüz, millidə hansı proqress olub?
- ⁠Bundan öncəki mətbuat konfranslarında demişəm ki, biz öz yolumuza davam edəcəyik..

- ⁠Premyer Liqanın səviyyəsini 10 ballıq şkala ilə ölçə bilərsiniz?
- Ümumi 5 bal verərəm. Hər komandanın yaxşı səviyyəsi var.

- Legioner limiti ləğv edilir. Klubunda oynamayan oyunçuları milliyə çağıracaqsınız?
- ⁠Biri var, 5-10 dəqiqə çıxış edəsən. Biri də var, ehtiyat skamyasında oturub şans qazanmırsan. Həmin oyunçular dəvət olunmayacaq. Hər məşqçinin öz seçimi var, hörmətlə yanaşıram. Hansısa klubda məşqçi işləsəydim eyni qərarları verərdim. Hər futbolçu bizim üçün vacibdir. Bizim əlimizdə çox oyunçu yoxdur. Əlimzidə olanlardan milliləşdirilən Renat Dadaşov var. Hər klubda kimin oynayıb-oynamayacağına baş məşqçi qərar verir. Biz də istərdik ki, daha çox azərbaycanlı oyunçuları çağıraq. Yeni 2 komanda da gələcək. Düşünürəm, rəqabət güclü olacaq".

- Motivasiya məsələsi necə olacaq?
- ⁠Ümid edirəm ki, motivasiyalarına pis təsir etməz. Ayın 27-dən təlim-məşq toplanışına başlayacağıq. Kubokun finalında iştirak edəcək oyunçular bizə sonradan qoşulacaq. Onlara 3 gün vaxt veriləcək ki, bizə sonradan qoşulsun. Əgər sənin milli ruhun varsa, oraya motivasiya ilə qoşulacaqsan. Harada işləmişəmsə belə görmüşəm. Oyunçularımı tanıyıram, bilirəm ki, bizə hər zaman belə gəlirlər.

- Hər dəfə yeni heyət çağırırsınız. Nə zaman yekun heyət formalaşdıracaqsınız?
- ⁠Hər dəfə 25 oyunçu dəvət edilir. Çoxu eyni adlardır. Avropa çemoionu olmuşam, Millətlər Liqasını da qazanmışam.

- Siz əsəbləşirsiniz, amma ictimaiyyət haqlı olaraq sizdən nəticə gözləyir.
- ⁠Zədəli oyunçular olmasaydı, yeni adlar çox olmayacaqdı. Həm də onları da sınaqdan keçirməliyik. Həmçinin yoldaşlıq görüşü olduğundan, ideal vaxtdır. Hər təlim-məşq toplanışına yeni oyunçular dəvət edirik ki, gəlib buradakı ab-havanı görsünlər. Gələcəkdə də təcrübəli olsunlar. Hazırda Portuqaliya yığmasında oynayanların çoxu 18-19 yaşda milliyə dəvət olunanlardır, eləcə də Yunanıstanda.

- Dəvət etdiyiniz futbolçuların çoxu yaşlıdır. Məsələn qapıçılar...
- Qapıçı çox vacib mövqedir. Burada çox az rotasiyalar edirik. Ötən dəfə Şahruddin zədələndikdə “Səbail”dən qapıçı dəvət etdik. Rza da yaxşı qapıçıdır. Şahruddin özü təcrübəlidir. (Teleqraf.az)

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR