11:33 10.06.2025 330

“Macarıstan Azərbaycanla matçda qələbə qazanacaq” - MÜSAHİBƏ

Azərbaycan çempionatları tarixində çıxış etmiş yeganə macarıstanlı futbolçu Mark Tamaşdır.

Sport1.az xəbər verir ki, 31 yaşlı müdafiəçi 2023-cü ilin yayından bu ilin əvvəlinə qədər ölkəmizdə “Neftçi”nin formasını geyinib.

Hazırda Rumıniyanın “Sepsi” klubunda çıxış edən Tamaş 2021-ci ildə Macarıstan yığmasının heyətində 1 oyun keçirib. AFFA-nın mətbuat xidmətinə müsahibə verən təcrübəli futbolçu Azərbaycan və Macarıstan milliləri arasında keçiriləcək yoldaşlıq görüşü barədə fikirlərini bildirib.

- Bu gün Azərbaycan və Macarıstan milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək. Həmin görüşdən nə gözləyirsiniz?
- Məncə, Macarıstan yığması bu matçda qələbə qazanacaq. Ancaq düşünürəm ki, bu, heç də asan olmayacaq. Yenə də seçmə mərhələyə yaxşı hazırlaşmaq baxımından Macarıstan millisi bu görüşdə qələbə qazanmalıdır.

- Komandanız DÇ-2026-nın seçmə mərhələsində Portuqaliya, İrlandiya və Ermənistanla qarşılaşacaq. Azərbaycan millisi ilə oyun Macarıstan yığmasına nə qazandıra bilər?
- Unutmayaq ki, bu, yoldaşlıq oyunudur. Baş məşqçi məhz belə qarşılaşmalarda nəyin yolunda getdiyini, nəyin düzgün edilmədiyini görə bilər. Çünki məşqçilər yoldaşlıq görüşlərində müxtəlif taktikanı, eləcə də, yeni oyunçuları sınaya bilirlər. Azərbaycanla oyun da qarşıdakı rəsmi matçlar öncəsi bəzi məqamları yoxlamaq baxımından yaxşı fürsətdir.

- Ölkəmizdə çıxış etdiyiniz üçün Azərbaycan millisinin əksər futbolçularını tanıyırsınız. Sizcə, onların güclü və zəif tərəfləri nələrdir?
- Millinizin əksər oyunçuları daxili çempionatda çıxış edir və demək olar ki, eyni komandada oynayırlar. Belədə futbolçular bir-birilərini daha yaxşı tanıyırlar. Bu da Azərbaycan millisinin əsas üstünlüyüdür.

- Macarıstanlı futbolçular millimizin heyətində ən çox kimdən çəkinməlidir?
- Emin Mahmudov və Mahir Emrelidən. Eminlə “Neftçi”də komanda yoldaşı olmuşam. Mahiri isə Polşadan tanıyıram. Mən 2020-2022-ci illərdə orada “Slask” klubunda çıxış edirdim. Mahir də həmin vaxt qısa müddət “Legiya”nın formasını geyinmişdi. Hər ikisi olduqca keyfiyyətli futbolçudur.

- Bəs Macarıstan millisinin ən böyük üstünlüyü nədir və əsas “silah”ı hansı oyunçulardır?
- Macarıstan yığması çox güclü kollektivdən formalaşıb. Əsas “silah”ları baş məşqçinin illərdir qurduğu komanda ruhudur. Əksər futbolçular Top-5 liqalarda çıxış edirlər. Həmçinin Dominik Soboslay kimi kapitanımız var.

- 33 illik Azərbaycan çempionatında çıxış etmiş yeganə macar futbolçusunuz. Bunu bilirdiniz?
- “Neftçi”də oynamağa başlayanda bu haqda eşitmişdim. Bu statistika mənə çox maraqlı gəldi. Azərbaycan çempionatının yeganə macar futbolçusu olmaq qürurverici, sevindirici məqamdır.

- Polşa, Rumıniya və Azərbaycanda legioner həyatı yaşamısınız. Bu ölkələri necə müqayisə edə bilərsiniz? Azərbaycanda keçirdiyiniz il yarımlıq vaxtı necə xatırlayırsınız?
- Futbolçu üçün Polşa ən yüksək səviyyədir. Xüsusən də, azarkeşlərə və liqanın yüksək rəqabətli olmasına görə. Azərbaycandakı ilk ilim yaxşı keçdi. Son tura qədər ikinci yer uğrunda mübarizə apardıq. Amma son yarım il fəlakət idi. Düzünü desəm, “Neftçi” daha yaxşısına layiqdir.

- Bakı sizdə necə təəssürat yaratdı?
- Bakı möhtəşəm şəhərdir. Vaxtımız olanda hələ də dostlarımızı görmək üçün ora gəlirik. Ailəm də bir neçə həftə əvvəl Bakıda idi.

- Azərbaycandan yeni təklif alsanız, cavabınız necə olar?
- Bunu dəqiq bilmirəm. Çox məqamlar var. Amma şübhəsiz ki, bu barədə müsbət düşünürəm.
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

00:25

Çimərlik güləşi üzrə ölkə çempionatı keçirilib

23:47

DÇ-2026: Almaniya - Paraqvay - HEYƏTLƏR

23:32

“Zirə” Türkiyə klubu ilə qarşılaşacaq

23:03

Braziliya 1/8 finalda, Almaniya və Niderlandın DÇ-də növbəti sınağı - YENİLƏNİR

22:36

Haaland La Liqa klubuna keçmək istəmir

21:58

“Trabzonspor”dan “Zenit”ə

21:35

Cüdoçularımızdan Avropa Çempionatının ilk günündə 5 medal

20:43

DÇ-2026: Braziliya - Yaponiya - HEYƏTLƏR

20:35

Tennis üzrə Bakı Şəhər Birinciliyi başa çatıb

20:18

“Siti”nin sabiq futbolçusu karyerasını başa vurdu

19:54

Yaponiya millisində ciddi itki

19:33

Gimnastlarımızdan Dünya Kubokunda 2 qızıl medal

19:12

AFFA İcraiyyə Komitəsinin iclası keçirildi

18:56

İspaniya millisinin sabiq üzvü klub sahibi oldu

18:26

“Qarabağ”ın sabiq üzvü İtaliya klubunun hədəfində

18:26

İtaliya klubunun yeni baş məşqçisi müəyyənləşib

18:00

“Napoli” Premyer Liqa klublarına "yox" dedi

17:40

Levandovskinin karyerasında yeni mərhələ

17:40

Adil Şükürov Premyer Liqa klubunda - ÖZƏL

17:30

"Qəbələ"dən mövsümün ilk transferi - RƏSMİ

17:25

“Barselona”nın futbolçusu “Beşiktaş”ın hədəfində

17:21

“Mançester Siti”nin yeni baş məşqçisi bəlli olub

17:17

Kəmər dərəcələri üzrə növbəti imtahan

17:00

"İmişli" Kaşkilya ilə vidalaşdı - RƏSMİ

16:48

Pley-off öncəsi “qapı” həyəcanı

16:40

Uels millisinin üzvü Londondan “Lid”sə köçür

16:29

"Barselona"nın sabiq futbolçusu Türkiyə yolunda

15:50

56 illik rekord təkrarlandı

15:32

Afrikalı futbolçu PSJ-də

15:05

Millinin baş məşqçisi istefa verdi

14:49

Reşford təklifi rədd etdi

14:21

"Araz-Naxçıvan"ın hazırlıq planı

14:04

"Neftçi" ukraynalı ilə danışıqlara başladı

13:52

Fransalı vingerdən “Liverpul”a “yaşıl işıq”

13:32

İngiltərə nəhəngində ciddi itki

13:03

"Sabah"dan ayrıldı, I Liqa klubuna keçdi

12:49

Prezident sərt tənqid etdi, baş məşqçi istefa verdi

12:29

Montellanın Türkiyə millisindəki taleyi bilindi

12:02

"Araz-Naxçıvan"da yeni müqavilə - RƏSMİ

11:50

Messi qrup mərhələsinin ən yaxşı futbolçusu seçildi

11:33

PSJ-də yeni qapıçı

11:03

İngiltərəli futbolçu "Milan"a təklif olundu

10:49

Messi və Ronaldunun rekordunu təkrarladı

10:31

Afrikalı qapıçıdan rekord

10:10

"Neftçi" Sloveniyaya 27 futbolçu ilə yollandı - SİYAHI

09:50

Ramil Şeydayev Rusiya klubuna keçə bilər

09:29

İspaniya nəhəngi Harri Keyni istəyir

09:00

Federasiya prezidenti istefa verdi

01:00

DÇ-2026: Pley-offa yüksələn ilk komanda bilindi - YENİLƏNİB

23:36

Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb

23:07

Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu

22:40

Bu millinin baş məşqçisi istefa verdi

21:54

Millimiz Çin Qran-Prisini 4 medalla başa vurdu

21:39

“Sabah” Macarıstan klubu ilə heç-heçə etdi

20:52

Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər bəlli oldu

19:37

“Turan Tovuz”un yay hazırlıq planı bəlli oldu

18:43

“Qarabağ”dan ayrıldı - YENİ KLUBU BƏLLİ OLDU

17:31

Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş təşkil olunub

16:28

Şahmatçılarımız Vətənə qayıdıb

15:30

“Çelsi”nin futbolçusu İtaliya klubunun hədəfində

14:20

Verdinub: “Yeni müqaviləyə tərəddüd etmədən razılıq verdim”

14:03

“Sabah” Macarıstan klubuna qarşı

12:50

Daha bir futbolçu komandada qaldı

12:46

“Əl-Əhli”dən 25 milyonluq transfer

12:29

Baş məşqçinin yoxluğu az çəkdi

11:33

Qurban Qurbanov: “Bu istəklə və templə davam edəcəyik”

10:38

Millinin heyətində istefa

09:56

DÇ-2026: Qrup matçlarına yekun vuruldu

09:30

DÇ-2026: Növbəti mərhələyə yüksələn komandalar müəyyənləşdi

09:09

İngiltərə, Qana və Xorvatiya 1/16 finalda