son dəqiqə SON DƏQİQƏ
Triatlonçumuzdan Minskdə qızıl medal Dünya Çempionatında ilk rəqiblər müəyyənləşib Portuqaliya millisinin üzvü “Qalatasaray”a keçir? “Sumqayıt”da şok itki Kanoeçimiz Avropa çempionatının gümüş medalını qazandı Milli Mətbuat Gününə həsr olunmuş minifutbol turniri keçirilib Mahir Emreli Polşa Çempionatında ilk oyununa çıxıb Avropa Cüdo Ümidləri Turniri yekunlaşıb İdmançılarımız Avropa Çempionatında iştirak edəcəklər Milli komanda üzvləri üçün antidopinq seminarları keçirib Diomande üçün 100 milyonluq təklif Avropa Cüdo Ümidləri Turnirində 14 yaşlıların mübarizəsi başa çatdı "Heyətimizi kompleksləşdirməyə çalışırıq" "Xankəndi" "Karvan-Yevlax"dan ayrılan futbolçunu transfer etdi Millimiz İslandiyaya məğlub oldu İtaliya nəhəngi Fernandeşlə maraqlanır Nəriman Axundzadə oynamadı, komandası qələbə qazandı Federasiya və “Sülh naminə güləş” təşkilatı arasında memorandum imzalanıb Premyer Liqa klublarının yay transferləri "Sumqayıt" "Kəpəz"lə qarşılaşır AGİN-in 32 yaşı olur Günün oyunları: "Sabah"ın rəqibindən inamlı qələbə "Gənclərə özlərini göstərmək şansı yaratdıq" - "Qəbələ"nin baş məşqçisi “Bavariya”da iki ayrılıq Avropa Cüdo Ümidləri Turniri: İlk yarış günü başa çatıb Azərbaycan karateçiləri dünya çempionatında 4 medal qazandı Argentinalı futbolçu ölkəsinə qayıtdı

ABŞ millisi Qubada

Bölmə adı Güləş
Yayımlandı 26-05-2025, 17:45

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi növbəti təlim-məşq toplanışına başlayıb.

Sport1.az xəbər verir ki, Rusiyanın Vladiqafqaz şəhərindəki toplanışı başa vuran yığma bir neçə günlük fasilənin ardından Qubaya yollanıb.

Komanda ABŞ millisi ilə birgə Şimal bölgəsində təlim-məşq toplanışı keçəcək. Bu gün startı verilən hazırlıq prosesi iyunun 6-dək davam edəcək.

Toplanışda baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev və Kamran Məmmədovun rəhbərliyi altında Eldəniz Əzizli, Elmir Əliyev, Rəşad Məmmədov (hamısı 55 kq), Nihat Məmmədli, Nihad Quluzadə, İlkin Qurbanov, Hüseyn Qəribov (hamısı 60 kq), Murad Məmmədov, Ziya Babaşov, Fərid Baxışlı (hamısı 63 kq), Həsrət Cəfərov, Fərid Xəlilov, Məhəmməd Şükürzadə (hamısı 67 kq), Ülvü Qənizadə, Ruslan Nurullayev (hər ikisi 72 kq), Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq), Qurban Qurbanov, Tuncay Vəzirzadə (hər ikisi 82 kq), İslam Abbasov, Rafiq Hüseynov (hər ikisi 87 kq), Arif Niftullayev, Murad Əhmədiyev, Məhəmməd Əhmədiyev (hamısı 97 kq), Beka Kandelaki və Sərxan Məmmədov (hər ikisi 130 kq) iştirak edir.

Quba toplanışı 17 - 20 iyulda Macarıstanda keçiriləcək ilin son reytinq turnirinə, eləcə də 13 - 21 sentyabrda Xorvatiyada təşkil ediləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.

Müəllif: Sport1.az