
"Barselona" klubu hücum xəttini gücləndirmək üçün yeni hədəfini müəyyənləşdirib.
Sport1.az xəbər verir ki, "Teamtalk" nəşrinin yaydığı məlumata görə, kataloniyalılar "Çelsi"nin Joau Pedronu satmaqdan imtina etməsindən sonra PSJ-nin portuqaliyalı forvardı Qonsalo Ramuşu transfer siyahısına daxil ediblər.
Fransa klubu isə ehtiyat oyunçu statusundan məyus olan 24 yaşlı futbolçusunu göndərməyə hazırdır.
Qeyd edək ki, cari mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə 41 matçda iştirak edən Ramuş rəqib qapılarından 12 top keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, futbolçunun Paris klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.