
İngiltərənin "Çelsi" klubunun futbolçusu Uesli Fofana İspaniya təmsilçisi "Barselona"ya təklif olunub.
Sport1.az xəbər verir ki, 25 yaşlı müdafiəçinin nümayəndələri onun Kataloniya təmsilçisində çıxış etməsi üçün çalışırlar.
İspanlar transfer dönəmindən əvvəl müxtəlif ssenariləri araşdırırlar. Tərəflər arasında ilkin danışıqlar da gerçəkləşib.
"Çelsi" oyunçunun komandadan ayrılmasına qarşı deyil, lakin mümkün transferdən ən azı 30 milyon avro qazanmaq istəyir. Qarşı tərəf isə futbolçunu icarəyə götürməyi planlaşdırır.
Xatırladaq ki, Uesli Fofana 2022-ci ildən "Çelsi"də çıxış edir.