son dəqiqə SON DƏQİQƏ
AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ● Günün oyunları: ● Türkiyə millisi Belçika səfərində, Gürcüstan Macarıstanla qarşılaşır ● Azərbaycan Basketbol Liqası: NTD "Sumqayıt"la qarşılaşır ●

AFFA Futzal hakimləri və inspektorlar üçün seminar keçirib

Bölmə adı Futbol
Yayımlandı 1-11-2025, 11:54

AFFA-nın təşkilatçılığı və UEFA-nın dəstəyi ilə Bakıda futzal hakimləri və inspektorları üçün seminar keçirilib.

Sport1.az xəbər verir ki, üç gün çəkən seminara UEFA-nın futzal üzrə eksperti və instrukturu Peri Qotye rəhbərlik edib. O, iştirakçılar üçün nəzəri və praktiki məşğələlər keçərək oyun qaydalarındakı son dəyişiklikləri, müasir hakimlik prinsiplərini və epizodların analiz metodlarını təqdim edib.

Tədbirdə ölkənin müxtəlif bölgələrindən gəlmiş aparıcı və gənc futzal hakimləri, eləcə də onların fəaliyyətini qiymətləndirən inspektorlar iştirak ediblər.

Seminarın təşkilində əsas məqsəd Azərbaycan futzal hakimliyinin beynəlxalq standartlara uyğun inkişafına və UEFA ilə əməkdaşlığın möhkəmləndirilməsinə töhfə vermək olub.

Peri Qotye iştirakçıların yüksək maraq və fəallıq göstərdiyini qeyd edib və seminarın Azərbaycan futzalında hakimlik səviyyəsinin yüksəldilməsində mühüm rol oynayacağına inandığını bildirib.

AFFA nümayəndələri göstərilən dəstəyə görə UEFA-ya və Peri Qotyeyə təşəkkür edib, belə təlimlərin davamlı keçirilməsinin futzal hakimliyinin inkişafında vacib rol oynadığını vurğulayıblar.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR