son dəqiqə SON DƏQİQƏ
AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ● Günün oyunları: ● Türkiyə millisi Belçika səfərində, Gürcüstan Macarıstanla qarşılaşır ● Azərbaycan Basketbol Liqası: NTD "Sumqayıt"la qarşılaşır ●

Millimiz Özbəkistanla qarşılaşacaq

Bölmə adı Şahmat
Yayımlandı 31-10-2025, 14:19

18-23 noyabr tarixlərində İspaniyanın Linares şəhərində qadın şahmatçılardan ibarət milli komandalar arasında dünya çempionatı keçiriləcək.

Sport1.az xəbər verir ki, yarışda təşkilatçı ölkə İspaniya, 2023-cü ildə baş tutan son dünya çempionatının ən yaxşı dörd komandası – Gürcüstan, Fransa, Qazaxıstan, ABŞ, eyni zamanda dünya reytinq sıralamasına əsasən qitələr üzrə seçilən Çin, Ukrayna, Peru, Misir, Hindistan və FIDE komandaları iştirak edəcək.

Dünya çempionatına 12-ci vəsiqənin sahibi Azərbaycan və Özbəkistan komandalarının seçmə matçında məlum olacaq.

Dünya çempionatına seçmə xarakter daşıyan qarşılaşma 1-2 noyabr tarixlərində Bakıdakı “Dinamo” hotelində təşkil olunacaq.

İki gün ərzində rapid yarışının yekun nəticəsində qalib gələn milli komanda dünya çempionatına vəsiqə qazanacaq.

Azərbaycan milli komandası seçmə matçda bu heyətlə çıxış edəcək: Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva. Komandanın kapitanı Avropa çempionu Qədir Hüseynov olacaq.

Azərbaycan - Özbəkistan arasında seçmə matçın baş hakimi Faiq Həsənovdu.

Qeyd edək ki, yarışın açılış mərasimi 1 noyabr tarixində saat 11-00-da başlayacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR