"Mançester Yunayted"in sabiq baş məşqçisi Erik Ten Haq yenidən Premyer Liqaya qayıda bilər.
Sport1.az xəbər verir ki, "Vulverhempton" niderlandlı mütəxəssisi sükanı arxasına gətirmək istəyir.
Vitor Pereyra ilə işləri yaxşı getməyən "canavarlar" hazırda turnir cədvəlinin autsayderidir.
Qeyd edək ki, Premyer Liqa təmsilçisi portuqaliyalı mütəxəssis ilə müqaviləni bir ay öncə yeniləmişdi.