son dəqiqə SON DƏQİQƏ
AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ● Günün oyunları: ● Türkiyə millisi Belçika səfərində, Gürcüstan Macarıstanla qarşılaşır ● Azərbaycan Basketbol Liqası: NTD "Sumqayıt"la qarşılaşır ●

“Lənkəran” baş məşqçisi: “Bir az daha dəqiqlik olsaydı, nəticə fərqli olardı”

Bölmə adı Basketbol / ABL
Yayımlandı 30-10-2025, 22:51

“Rəqib bərbad top itkilərimizdən sonra fərqlənib irəli çıxdı”.

Sport1.az xəbər verir ki, bunu “Lənkəran” klubunun baş məşqçisi Georgi Kondruseviç Azərbaycan Basketbol Liqasının V turunda “Ordu” ilə oyundan sonra komandanın mətbuat xidmətinə açıqlamasında deyib.

O, məğlubiyyətin səbəbləri haqqında danışıb:

“Qarşıya qoyulan tapşırıqları qismən deyil, tam şəkildə yerinə yetirsəydik, oyun fərqli nəticələnə bilərdi. O zaman bu cür rəqibə qarşı daha yaxşı oynamaq şansımız olardı. Rəqib bərbad top itkilərimizdən sonra fərqlənib irəli çıxdı. Çox top itkilərinə yol verdik və ilk hissədə hücumdakı oyunumuzu dəyişə bilmədik.

Zədələnmiş oyunçularımızın çatışmazlığı hiss olundu və bu, xüsusilə dördüncü hissədə özünü göstərdi. Hazırda zədə problemi yaşayırıq, bu da tam təlim-məşq toplanışı keçə bilməməyimizin nəticəsidir. Buna baxmayaraq işimizi davam etdirəcəyik”.

Qeyd edək ki, “Ordu” “Lənkəran”la görüşdə 91:79 hesablı qələbə qazanıb.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR