son dəqiqə SON DƏQİQƏ
Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ● UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ● Dünya Çempionatı: Cüdoçularımız bu gün fəxri kürsüdə yer ala bilmədilər ● Gültac Məmmədəliyeva da uduzdu ● İrina Zaretskadan qızıl medal ● Gültac Məmmədəliyeva 1/4 finalda ● Ruslan Paşayev DÇ ilə vidalaşdı ● Umudlu üçün beynəlxalq təyinat ● Daha bir cüdoçumuz 1/8 finalda ● Belçika səfərdə Fransa ilə üz-üzə, Türkiyə İtaliya ilə qarşılaşacaq ● Dünya Çempionatı: Nizami İmranov 1/16 finalda mübarizəni dayandırdı ● Dünya Çempionatı: Ruslan Paşayev 1/8 final mərhələsinə yüksəlib ● Günün oyunları: ● Boksçularımız növbəti mərhələdə ● Rusiya klubundan "Gəncə"yə ●

“Liverpul”un ulduzuna Səudiyyədən tarixi təklif

Bölmə adı Futbol / İngiltərə / Digər Liqalar
Yayımlandı 30-10-2025, 21:12

Səudiyyə Ərəbistanı Peşəkar Futbol Liqası “Liverpul”un ulduzu Məhəmməd Salahı transfer etmək planlarından hələ də əl çəkməyib.

Sport1.az xəbər verir ki, məlumatı TBR Football nəşri yayıb. 33 yaşlı misirli hücumçu gələcəkdə Yaxın Şərqdə oynamağa açıq olduğunu bildirib.

Keçən yay “Liverpul” tarixində ən yüksək maaşlı oyunçu kimi yeni müqaviləyə imza atan Salah bu mövsüm əvvəlki performansını təkrarlaya bilmir.

Səudiyyə klubları ona illik 150 milyon avro maaş, turizm səfiri statusu və gələcəkdə bir klubun müəyyən payına sahiblik imkanı təklif edir.

Mənbənin iddiasına görə, hazırda nə futbolçu, nə də “Liverpul”la rəsmi danışıqlar aparır, lakin təklif hələ də qüvvədə qalır və Salah istədiyi vaxt onu qəbul edə bilər.

Qeyd edək ki, misirli hücumçu bu mövsüm “Liverpul”un heyətində 13 oyunda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR