Futbol üzrə Serbiya millisinin yeni baş məşqçisi müəyyənləşib.Sport1.az xəbər verir ki, komandanın sükanı serbiyalı mütəxəssis Velko Paunoviçə tapşırılıb. O, yığmanı 2026-cı il Dünya Çempionatına vəsiqə uğrunda keçiriləcək oyunlarda idarə edəcək.
Qeyd edək ki, Serbiya 13 noyabrda Londonda İngiltərə ilə, 16 noyabrda isə Leskovak şəhərində Latviya ilə qarşılaşacaq. Paunoviç 2015-ci ildə Serbiya U-20 millisiylə dünya çempionu olub.