"Mançester Yunayted"in yarımmüdafiəçisi Lisandro Martinez yaşıl meydanlara geri dönür.Sport1.az xəbər verir ki, argentinalı futbolçu zədəsini sağaldaraq komandası ilə məşqlərə qoşulub.
27 yaşlı futbolçunun noyabrın əvvəlində tamamilə oynamağa hazır olacağı gözlənilir.
Qeyd edək ki, Lisandro ötən mövsüm baş tutan "Mançester Yunayted" - "Nyukasl" görüşündə zədələnərək meydanı tərk etmişdi.