"Liverpul"un baş məşqçisi Arne Slot "Kristal Pelas" ilə İngiltərə Liqa Kuboku matçından (0:3) sonra açıqlama verib.Sport1.az xəbər verir ki, niderlandlı çalışdırıcı start 11-lik seçiminə görə peşman olmadığını vurğuladı:
"Bizim insanların düşündüyü qədər geniş heyətimiz yoxdur. "Çelsi", "Mançester Siti" qədər dərinliyə sahib deyilik. Quardiolanın "Suonsi Siti"yə qarşı çıxardığı kollektivə baxsanız, sanki ulduzlar heyəti görürsünüz. Halbuki onlar ikinci heyətlə meydana çıxmışdılar. Qarşıda çətin oyunlarımız var. Bu görüşlər üçün heyətə istirahət verməli idim. Ona görə də, bu gün meydana çıxardığım 11-liyin yanlış olduğunu düşünmürəm. Seçimimə görə peşman deyiləm".