“Tottenhem”in “Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocersi heyətinə qatmaq istəyirdi. Sport1.az xəbər verir ki, London klubu 23 yaşlı futbolçu üçün böyük məbləğ də təklif etsə də, Birmingem təmsilçisinin rəhbərliyi bu təklifi geri çevirib.
"Villa" hazırda Rocerslə yeni müqavilə imzalamağa çalışır.