"İnter Mayami" və "Argentina" millisinin üzvü Lionel Messi DÇ-2026-da iştirakı ilə bağlı açıqlama verdi.
Sport1.az xəbər verir ki, 38 yaşlı oyunçu bu məsələnin fiziki durumuna bağlı olduğunu söylədi:
"Orada yaxşı vəziyyətdə olmaq istəyirəm ki, komandama qatqı sağlaya bilim. Bunu yeni mövsüm başlayanda "İnter Mayami" ilə məşqlərdə görəcəm. Əgər özümün ən yaxşı halında ola bilsəm, iştirak edəcəyəm".
Qeyd edək ki, Messi MLS təmsilçisi ilə 2025-ci ildə 44 oyuna çıxıb. Argentinalı futbolçu bu görüşlərdə 39 dəfə fərqlənib, 18 məhsuldar ötürməyə imza atıb.