SON DƏQİQƏ
"Mançester Yunayted"in baş məşqçisi" Ruben Amorim "qırmızı şeytanlar" ilə ilk dəfə Premyer Liqada ayın baş məşqçisi namizədi oldu.
Sport1.az xəbər verir ki, portuqaliyalı mütəxəssis oktyabr ayında komandası ilə 100%-lik nəticə əldə edib.
Mançester təmsilçisi keçirdiyi 3 oyunda ümumi 8 qol vurub, qapısında isə cəmi 3 qol görüb.
Qeyd edək ki, Ruben Amorim 2024-cü ilin noyabrından İngiltərə klubunun baş məşqçisidir.