Sabiq "Mançester Yunayted"li Ueyn Runi "Liverpul"un son dövrlərdəki uğursuz nəticələrindən danışıb.Sport1.az xəbər verir ki, ingiltərəli veteran futbolçu açıqlamasında Van Daykla Salahın liderlik nümunəsi göstərmədiyini vurğuladı:
"3-4 həftə öncə heç kim bunu gözləmirdi. Onlar birdən-birə belə çökdülər. Elə görünür ki, onlar çıxış yolu tapmaqda çətinlik çəkirlər. Bir neçə ay öncə Van Dayk və Salahla yeni müqavilə imzaladılar. Lakin bu mövsüm onların heç birindən liderlik görmürük. Nə performans baxımından, nə də bədən dili baxımdan.
Qeyd edək ki, "Liverpul" son 6 oyunun 5-ini uduzub.