son dəqiqə SON DƏQİQƏ
“Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ● Günün oyunları: ● Türkiyə millisi Belçika səfərində, Gürcüstan Macarıstanla qarşılaşır ● Azərbaycan Basketbol Liqası: NTD "Sumqayıt"la qarşılaşır ● Almaniya və Portuqaliya qələbə qazandı, Norveç səfərdə uduzdu ●

Mövsümün bağlanış yarışı keçirilib

Bölmə adı Digər
Yayımlandı 27-10-2025, 16:17

2025-ci il üçün təsdiq edilmiş idman təqvim planına əsasən, trek velosipedi üzrə mövsümün bağlanış yarışı keçirilib.

Sport1.az xəbər verir ki, Respublika Velotrekində təşkil olunan yarışda klub və cəmiyyətlərin 50-yə yaxın idmançısı iştirak edib. 3 yaş kateqoriyasında mübarizə aparan idmançılar xal toplamaqla qrup ötüşməsində qüvvələrini sınayıblar.

U15 yaş kateqoriyasında idmançılar 14 km məsafə qət ediblər.

Yarışın yekununa əsasən, Timur Rəcəbov 1-ci, İslam Əliyev 2-ci, İsmayıl Xankişiyev 3-cü yeri tutub.

U17 yaş kateqoriyasında 18 km məsafəyə mübarizə aparan idmançılar arasında Nihad Xudoyev, Çingiz İsayev və Cavid Baxşıyev müvafiq olaraq ilk 3 pillədə qərarlaşıblar.

Gənclər, U23 və Elit kateqoriyasında yarışan idmançıların 24 km məsafəyə ötüşməsi Tural İsrafilovun qələbəsi ilə yekunlaşıb. Rəhim Nağıyev gümüş, Camal İbrahimzadə bürünc medala yiyələnib.

Mükafatçılar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal və diplomla təltif ediliblər.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR