son dəqiqə SON DƏQİQƏ
AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ● Günün oyunları: ● Türkiyə millisi Belçika səfərində, Gürcüstan Macarıstanla qarşılaşır ● Azərbaycan Basketbol Liqası: NTD "Sumqayıt"la qarşılaşır ●

TFF prezidenti hakimlərin mərc oynadığını açıqladı

Bölmə adı Türkiyə
Yayımlandı 27-10-2025, 14:23

Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu mətbuat konfransı keçirib.

Sport1.az xəbər verir ki, Hacıosmanoğlu bəzi hakimlərin mərc oyunları ilə məşğul olduqlarını bildirib:

"İllərdir müzakirə mövzusu olan mərc oyunlarının ortaya çıxmasından sonra, türk futbolunda korrupsiyanın və əxlaqsızlığın miqyasını müzakirə etdik, biz TFF olaraq özümüzdən başladıq. Peşəkar liqalarda 571 aktiv hakimdən 371-inin mərc hesabı var. Onlardan 152-si isə aktiv şəkildə mərc oyunları oynayır”.

TFF rəhbəri bəzi hakimlərin on minlərlə mərc oynadığını qeyd edib:

"Onlardan 7-si üst kateqoriya hakim, 15-i üst kateqoriya köməkçi hakim, 36-sı kateqoriya hakimi, 94-ü isə kateqoriya köməkçi hakimidir. Onlar arasında 10 hakimin 10 mindən çox mərc etdiyi, bir hakimin təkbaşına 18227 dəfə mərcə qoşulduğu, 42 hakimin ayrı-ayrılıqda 1000-dən çox futbol oyununda mərc oynadığı müəyyən edilib. Bəzi hakimlərin isə yalnız bir dəfə müəyyən matça mərc etdiyi aşkarlanıb".

Hacıosmanoğlu bu gündən etibarən hüquqi proseslərin başlanacağını vurğulayıb:

"Biz bu gündən etibarən İntizam Şurasının lazımi prosedurları işə salmasını təmin edirik və qısa müddət ərzində məsələni quruma göndərərək təlimatlara uyğun olaraq tələb olunan cəzalar verilməsini tələb edirik. İnsanlarla yaxşı keçinib kresloda qalmaq kimi bir dərdimiz yoxdur. Türk futbolu daxilində nə qədər çirk varsa təmizləmək bizim vəzifəmizdir. Məsələni FİFA və UEFA ilə bölüşmüşük".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR