son dəqiqə SON DƏQİQƏ
AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ● Günün oyunları: ● Türkiyə millisi Belçika səfərində, Gürcüstan Macarıstanla qarşılaşır ● Azərbaycan Basketbol Liqası: NTD "Sumqayıt"la qarşılaşır ●

"City"lər çoxalır, amma şəhərlərdə futbol oynamağa stadionlar tapılmır - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 26-10-2025, 10:56

Bir neçə gün öncə Region Liqasının ilk turunun nəticələri qarşıma çıxdı.

Sən demə, liqa başlayıb. Həm də 64 komanda burada çıxış edir. Say çoxdur, amma diqqət çəkən məqam bu deyil. Yarışda iştirak edən kollektivlərin adlarını oxuyanda dəhşətə gəlirsən.

"Crystal", "City Baku", "Zaqatala City", "İmişli Bələdiyyəspor"...

Adlara bax! Komandaların adlarından qeyri-peşəkarlıq yağır. Elə bil Region Liqası üçün kollektiv yox, "FİFA Ultimate Team"də qarışıq komanda formalaşdırıblar. Gülməlidir.

Gəlin, məsələnin ciddi tərəflərini müzakirə edək! Məsələn, bir komandanın adı niyə "İmişli Bələdiyyəspor" olsun? Bu klubu rayonun bələdiyyəsi dəstəkləyirsə, səhv edir. Birincisi hazırda İmişlidə infrastruktur problemi var. Rayonun əsas komandası Premyer Liqada sürgün həyatı yaşayır. Niyə elita təmsilçisinə dəstək olunmur? Niyə bələdiyyə sədri stadionun tikintisi/təmiri üçün "İmişli" rəhbərliyinə kömək etmir? Rayonun inkişafı üçün sıfırdan klub formalaşdırmaq əvəzinə, mövcud olanı gücləndirmək daha faydalı olardı.

Eyni problemi Zaqatalada da görürük. Şəhərin əsas komandası illərdir I Liqada var-gəl edir. Guya əsas hədəf Premyer Liqaya yüksəlməkdir. Amma şəhərdə "Zaqatala"nı maliyyələşdirmək istəyən kimsə tapılmır. Lakin adın arxasına "City" əlavə edərək yeni komanda qururlar. Region Liqasında 1 mövsüm iştirak etmək üçün ayrılan pulu "Zaqatala"ya investisiya kimi yönəltmək klubun daha da inkişaf etməsinə təkan verə bilərdi.

Bu vəziyyət bir daha göstərir ki, bizdə bəzən futbol romantizmi reallığı üstələyir. Hər kəs klub yaratmaq istəyir. Amma bu kollektivin məqsədi, planı və bölgə futboluna nə verəcəyi barədə az düşünülür. Nəticədə Region Liqasında qəribə adlar, strukturlar, idarəetmələr yaranır. Lakin futbolun özü inkişaf etmir.

Baş verən prosesi qeyri-səlis məntiq nəzəriyyəsi ilə izah etmək mümkün deyil. Futbolumuzda “City”lər çoxalır, amma şəhərlərdə futbol oynamağa stadionlar tapılmır.

MİKAYIL HACIYEV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR