Azərbaycan Basketbol Liqası təmsilçisi NTD heyətini yeni oyunçu ilə gücləndirib. Sport1.az xəbər verir ki, Bakı təmsilçisi Lanqdon Hattonla 1 illik müqavilə imzalayıb. Qeyd edək ki, oyunçu son olaraq Litvanın “Jonava” klubunun şərəfini qoruyub.