"Liverpul"un baş məşqçisi Arne Slot "Brentford" səfərindən öncə mətbuat konfransında danışıb. Sport1.az xəbər verir ki, niderlandlı mütəxəssis son görüşlərdə istənilən oyunu verməyən Məhəmməd Salah haqqında açıqlama verib:
"Onun qol vurmaması məni narahat etmir. Mo hər zaman klub üçün məhsuldar olub. Bəlkə də, məni narahat edən ən son şey Salahın qol vura bilməməsidir. O, həmişə bunu edib. Bundan sonra da etməsini gözləyirəm".