İspaniyalı baş məşqçi Rafael Benitez "Panatinaikos"u çalışdıracaq. Sport1.az xəbər verir ki, Yunanıstan təmsilçisi təcrübəli mütəxəssis ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Rafa karyerasında "Real Madrid", "İnter", "Liverpul", "Çelsi", "Napoli" və "Nyukasl" kimi klubları çalışdırıb.