son dəqiqə SON DƏQİQƏ
Azərbaycan - Lixtenşteyn: ● V turun oyun cədvəli bəlli olub ● "Kəpəz"də yeni sponsor ● "Murov Az Terminal" Azərbaycanlı oyunçu ilə müqavilə imzaladı ● Yığmamız UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı ● Millimiz bu dəfə Kosovoya uduzdu ● Premyer Liqa klublarının yay transferləri ● "Qarabağ" "Zirə" ilə qarşılaşacaq ● "Neftçi" yoxlama matçına çıxacaq ● "Lənkəran" komandası yenidən Region Liqasında çıxış edəcək ● Millimiz Qubaya yollanıb ● Azərbaycan Basketbol Liqası: İki qarşılaşma buna görə təxirə salınıb ● Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir ● "Turan" "Fənərbağça"ya qarşı ● "Sumqayıt"dan nəcib addım ● Yeddi futbolçunun adı UEFA-ya göndərilən siyahıda yer almadı ● "Mingəçevir Reqatası-2026": Millimiz 22 medal qazanıb ● "Gəncəbasar"ın "Kəpəz"lə yoxlama matçının vaxtı dəyişdirilib ● Azərbaycan Basketbol Liqası: Qalib kluba əlavə mükafat veriləcək ● Daha bir azərbaycanlı hakim DÇ-nin əsas mərhələ matçına təyinat alıb ● Dünya Kubokuna start verildi ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● Millimizin rəqibindən rahat qələbə ● Portuqaliya yığması Danimarkaya, Niderland seçməsi Yunanıstana qarşı ● Günün oyunları: ● Millimiz səfərdə belə məğlub oldu ● Millimiz Kilmarnokda Şotlandiya seçməsini uduzub ● “Sabah”ın baş məşqçisi: “Qələbə bizim üçün vacib idi” ●

Aslan Kərimov:"Qapıya cəmi bir zərbəmiz oldu ki, o da müdafiəçimizdən gəldi" - AÇIQLAMA

Bölmə adı Digər
Yayımlandı 11-10-2025, 12:17

Dünən yığmamız DÇ-2026-ın seçmə mərhələsində səfərdə Fransa millisiylə qarşılaşdı.

Sport1.az xəbər verir ki, görüş meydan sahiblərinin böyük hesablı (3:0) qələbəsiylə başa çatdı. Matçla bağlı veteran futbolçu Aslan Kərimov saytımıza fikirlərini açıqladı:

“Yığmamızın Fransa seçməsiylə 90 dəqiqənin ağır keçəcəyi və məğlubiyyət qaçılmaz idi. Buna rəğmən futbolçularımız əzmkarlıq sərgiləyərək həm erkən qola, həm də darmadağınlı məğlubiyyətə imkan vermədilər. Təbii ki, səviyyə fərqi göz önündə idi. “Xoruzlar” 4-4-2 taktiki sxemi ilə meydana çıxmışdı, onlar hücum edəndə 2 mərkəz müdafiəçi arxada qalmaq şərtiylə 8 nəfərlə təzyiq edirdilər.

Millimiz isə 5-4-1 sxeminə güvənmişdi. Ümumi götürəndə müdafiədə qənaətbəxş çıxış etdik, mərkəz müdafiəçilərimiz bir neçə dəfə kritik müdaxilələr etdilər. Birinci hissədə müdafiəmiz demək olar ki, qarşıya qoyulan tapşırığı yerinə yetirdilər. Yeganə bəxtsizlik məqam o oldu ki, fasilə ərəfəsində fransızlardan qol yedik. Müdafiəmiz işinin öhtəsindən gəlsə də, hücumda dişsizliyimizlə diqqət çəkdik.

Forvardlarımız nə top oğurlaya, nə də rəqib qapısını yoxlaya bildilər. Qapıya cəmi bir zərbəmiz oldu ki, o da müdafiəçimizdən gəldi. Qapımıza qollara gəlincə, ilk qolu Mbapenin fərdi, yüksək keyfiyyəti, digər iki qol isə standart vəziyyətdən buraxdıq.

Unutmayaq ki, Fransa kimi millisi demək olar bütün komandalarla qarşılaşmalarda dominantlığını rəqibin cərimə meydançası qarşısında göstərir. Hətta İspaniya kimi güclü seçməni də qapısı ağzıla sıxmağı bacarır. Ona görə fransızların təzyiqinə çox tab gətirə bilməyəcəkdik. Amma yaxşı əzmkarlıq göstərdik. Futbolçularımız çox güc tətbiq etdilər, qaçdılar. İndi bərpa olunub, Ukrayna ilə oyuna köklənməkdir”.

Futbol mütəxəssisi Ayxan Abbasov işinin öhtəsindən yaxşı gəldiyini düşünür:
“Ayxan Abbasov yığmamızın sükanı arxasına keçdikdən sonra futbolçularda əzmkarlıq, canlanma var. İstər Ukrayna, istərsə də Fransa ilə matçlarda millimizin sükanı arxasında əcnəbi mütəxəssis, o cümlədən Santuş olsaydı, hər iki görüşlərdə 5:0, 6:0 hesabları ilə darmadağın olacaqdır. Hesab edirəm ki, Ayxan müəllim futbolçuları oyunlara yaxşı kökləyir, oyunçular da onun göstərişlərini canla-başla yerinə yetirməklə meydanda sona qədər döyüşür”.

Mirzə S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR