son dəqiqə SON DƏQİQƏ
Azərbaycan - Lixtenşteyn: ● V turun oyun cədvəli bəlli olub ● "Kəpəz"də yeni sponsor ● "Murov Az Terminal" Azərbaycanlı oyunçu ilə müqavilə imzaladı ● Yığmamız UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı ● Millimiz bu dəfə Kosovoya uduzdu ● Premyer Liqa klublarının yay transferləri ● "Qarabağ" "Zirə" ilə qarşılaşacaq ● "Neftçi" yoxlama matçına çıxacaq ● "Lənkəran" komandası yenidən Region Liqasında çıxış edəcək ● Millimiz Qubaya yollanıb ● Azərbaycan Basketbol Liqası: İki qarşılaşma buna görə təxirə salınıb ● Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir ● "Turan" "Fənərbağça"ya qarşı ● "Sumqayıt"dan nəcib addım ● Yeddi futbolçunun adı UEFA-ya göndərilən siyahıda yer almadı ● "Mingəçevir Reqatası-2026": Millimiz 22 medal qazanıb ● "Gəncəbasar"ın "Kəpəz"lə yoxlama matçının vaxtı dəyişdirilib ● Azərbaycan Basketbol Liqası: Qalib kluba əlavə mükafat veriləcək ● Daha bir azərbaycanlı hakim DÇ-nin əsas mərhələ matçına təyinat alıb ● Dünya Kubokuna start verildi ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● Millimizin rəqibindən rahat qələbə ● Portuqaliya yığması Danimarkaya, Niderland seçməsi Yunanıstana qarşı ● Günün oyunları: ● Millimiz səfərdə belə məğlub oldu ● Millimiz Kilmarnokda Şotlandiya seçməsini uduzub ● “Sabah”ın baş məşqçisi: “Qələbə bizim üçün vacib idi” ●

Əlcəzair DÇ-2026-ya vəsiqə qazandı

Bölmə adı Dünya Çempionatı
Yayımlandı 10-10-2025, 10:28

DÇ-2026-nın əsas mərhələsinə vəsiqə qazanan daha bir komanda müəyyənləşib.

Sport1.az xəbər verir ki, bu, Əlcəzair yığması olubb.

Komanda ötən gecə Afrika zonası üzrə seçmə məhələnin 9-cu turu çərçivəsində Somaliyə 3:0 hesabı ilə qalib gəlməklə rəsmiləşdirib. Beləliklə, Əlcəzair G qrupunda sona 1 tur qalmış xallarının sayını 22-yə çatdırıb və ən yaxın izləyicisi Uqandanı 4 xal qabaqlayıb.

Əlcəzair DÇ-2026-da iştirakı rəsmiləşən 20-ci ölkədir. Daha əvvəl Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Özbəkistan, Avstraliya, Mərakeş, Tunis, Misir, Argentina, Ekvador, Braziliya, Uruqvay, Paraqvay, Kolumbiya və Yeni Zelandiya da bunu bacarıb. ABŞ, Kanada və Meksika isə ev sahibi ölkələr kimi mundiala vəsiqə qazanıblar.

Qeyd edək ki, DÇ-2026-nın final mərhələsi gələn il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada təşkil olunacaq.DÇ-2026-da tarixdə ilk dəfə olaraq 48 komanda mübarizə aparacaq. Turnirin final oyunu ABŞ-ın Nyu-Cersi ştatındakı “Metlife Stadium”da keçiriləcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR