son dəqiqə SON DƏQİQƏ
Azərbaycan - Lixtenşteyn: ● V turun oyun cədvəli bəlli olub ● "Kəpəz"də yeni sponsor ● "Murov Az Terminal" Azərbaycanlı oyunçu ilə müqavilə imzaladı ● Yığmamız UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı ● Millimiz bu dəfə Kosovoya uduzdu ● Premyer Liqa klublarının yay transferləri ● "Qarabağ" "Zirə" ilə qarşılaşacaq ● "Neftçi" yoxlama matçına çıxacaq ● "Lənkəran" komandası yenidən Region Liqasında çıxış edəcək ● Millimiz Qubaya yollanıb ● Azərbaycan Basketbol Liqası: İki qarşılaşma buna görə təxirə salınıb ● Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir ● "Turan" "Fənərbağça"ya qarşı ● "Sumqayıt"dan nəcib addım ● Yeddi futbolçunun adı UEFA-ya göndərilən siyahıda yer almadı ● "Mingəçevir Reqatası-2026": Millimiz 22 medal qazanıb ● "Gəncəbasar"ın "Kəpəz"lə yoxlama matçının vaxtı dəyişdirilib ● Azərbaycan Basketbol Liqası: Qalib kluba əlavə mükafat veriləcək ● Daha bir azərbaycanlı hakim DÇ-nin əsas mərhələ matçına təyinat alıb ● Dünya Kubokuna start verildi ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● Millimizin rəqibindən rahat qələbə ● Portuqaliya yığması Danimarkaya, Niderland seçməsi Yunanıstana qarşı ● Günün oyunları: ● Millimiz səfərdə belə məğlub oldu ● Millimiz Kilmarnokda Şotlandiya seçməsini uduzub ● “Sabah”ın baş məşqçisi: “Qələbə bizim üçün vacib idi” ●

"Azərbaycanın heyətində “Qarabağ”ın 7 futbolçusu var" - Didye Deşam

Bölmə adı Dünya Çempionatı
Yayımlandı 9-10-2025, 15:11

"Biz bütün rəqiblərimizə hörmət edirik. Azərbaycanlı futbolçular Ukrayna ilə son ev oyununda qazandıqları nəticə (1:1) sayəsində milli ruha sahibdirlər. Onların itirəcəyi heç nə yoxdur. Meydanda bütün güclərini ortaya qoyacaqlar".

Sport1.az xəbər verir ki, bu sözləri futbol üzrə Fransa yığmasının baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Parisdə Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis komandasının qapısı qarşısında təhlükəli vəziyyətlərin yaranmasına imkan verməyəcəklərini bildirib: “Meydana “100 faiz qələbə qazanacağıq” düşüncəsi ilə çıxmamalıyıq. Rəqibin heyətində bu mövsüm Çempionlar Liqasına yaxşı başlayan “Qarabağ”ın 7 futbolçusu var. Bizdən çox şey asılı olacaq. Azərbaycan millisi mümkün qədər yaxşı müdafiə olunmağa çalışacaq. Müdəfinəni yarmaq üçün həll yolları tapmalıyıq”.

O, hazırda İslandiyanı deyil, Azərbaycan millisi ilə oyunu düşündüyünü vurğulayıb: "Əvvəldən eyni oyunçuları meydana buraxmaq fikrində deyiləm. Hazırda yalnız sabahkı matçı düşünürəm. Çünki meydanda hər şey əleyhimizə dəyişə bilər”.

Qeyd edək ki, oktyabrın 10-da “Park de Prens” stadionunda keçiriləcək Fransa - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR